Uşaq alverinə görə erməni həkimlər həbs edilib

Uşaq alverinə görə erməni həkimlər həbs edilib

Yeni doğulan körpələrin “satılması” faktı ilə Ermənistanda baş həkim həbs edilib. SİA ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ermənistanın Reproduktiv Sağlamlıq, Perinatologiya, Doğum və Ginekologiya İnstitutunun direktoru Razmik Abramyanın tutulub.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, əcnəbilər tərəfindən uşaqların qanunsuz olaraq övladlığa götürülməsi, bir qrup şəxsin əvvəlcədən planlaşdırılaraq uşaqların valideynlərindən qanunsuz ayrılması faktı ilə cinayət işi açılıb və baş həkim barəsində həbs qərarı verilib. Bundan əlavə onun müavini Arşak Jerjeryan və "Yerevan Uşaq Evi" direktoru Liana Karapetyan da saxlanılıb.

İstintaqın məlumatına görə, 2016-2018-ci illərdə Ermənistanda fəaliyyət göstərən tibb mərkəzinin və dövlət qurumlarının bir sıra işçiləri, tamah məqsədi ilə bir çox qadını uşaqlarını tərk etməyə təhrik edib və öz iradələrinə zidd olaraq övladlarından imtina etməyə məcbur ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə