Eçmiadzin şəhərindəki 8 nömrəli məktəbdə etiraz iki gündür davam edir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, məktəb şagirdlərinin valideynləri məktəbdə seçki zamanı daha az səs alan namizədin hansı əsasla təyin olunduğuna dair suala bölgə rəhbərliyindən cavab gözləyirlər.
Məlumatda qeyd olunur ki, etirazçılar əvvəlcə İrəvan-Eçmiadzin avtomobil yolunu bağlamaq niyyətində olublar. Etirazçıların sözlərinə görə, onlar avtomobil yolunu bu vaxta qədər ona görə bağlamayıblar ki, Armavir bölgəsinin rəhbərliyi ilə görüş təşkil ediləcəyi barədə onlara vəd edilib. Onlar bəyan edirlər ki, belə bir görüşə ümid etdikləri üçün hələlik məktəbdə etirazlarını davam etdirirlər. Bildirirlər ki, təşkil edilməyəcəyi təqdirdə yolu da bağlayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB