Rusiyalı həmsədr: “Monitorinq komissiyası həmişə obyektiv nəticə verə bilmir”
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Rorbert Bradtke (ABŞ) və Bernar Fasye (Fransa) İrəvan, Xankəndi və Bakıya səfərləri çərçivəsində təmas xəttindəki insidentlərin araşdırılması məsələsini müzakirə ediblər. SİA-nın xəbərinə görə, bunu Xankəndidə jurnalistlərə açıqlamasında rusiyalı həmsədr İqor Popov deyib. Diplomatın sözlərinə görə, bu məsələ ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin fikirlərini dinləyiblər: " Mümkün insidentlərin araşdırılması məsələsi martın 5-də Soçidə Ermənistan, Rusiya və Azərbaycan prezidentlərinin qəbul etdiyi bəyanatın bir hissəsidir. Bu bəyanat vaxtında qəbul edildi. Təcrübədə insident yerinə monitorinq komissiyası gedir. Lakin bu missiya həmişə obyektiv nəticə verə bilmirdi. Ona görə də biz bu cür araşdırmaların yeni mexanizminin hazırlanması ilə bağlı məsələləri müzakirə etdik. Azərbaycan prezidenti İlham Əliyev bu mexanizmin hazırlanması ilə bağlı fikirlərini açıqlayıb. Biz Ermənistan prezidenti Serj Sarkisyanla da ətraflı danışdıq. O da öz fikirlərini bildirdi".
Xankəndidə də bu məsələ ilə bağlı fikir mübadiləsi aparıldığını deyən həmsədr əlavə edib ki, irəli sürülən təkilflər münaqişə tərəfləri arasında etimad tədbirlərinin möhkəmləndirilməsinə stimul olacaq: "Biz tərəflərdən alınan təklifləri ümumiləşdirməyi və yekunda mexanizm hazırlamağı təklif edirik. Bu mexanizm bizim işimizin humanitar tərəfini gücləndirməyə imkan verəcək və münaqişə tərəfləri arasında etimad tədbirlərinin möhkəmləndirilməsinə stimul olacaq. Eyni zamanda biz münaqişənin toxunduğu bütün bölgələrə səfər etmək niyyətindəyik ".
Fransalı həmsədr Bernar Fasie isə gələn həftə Vyanada Minsk Qrupuna üzv ölkələrin nümayəndələrinə hesabat təqdim edəcəklərini deyib. Fasie hesabatın məzmunu ilə bağlı şərh verməsə də regionda keçirdikləri görüşlər barəsində ətraflı məlumat verib: "Biz, ilk növbədə, münaqişə tərəfləri ilə Soçi görüşü barədə fikir mübadiləsi aparmışıq, Ermənistan prezidenti bu görüşü müsbət adlandırıb. Biz də bu fikirlə razıyıq. Tərəflərlə, həmçinin son insidentləri və təmas xəttindəki hazırkı vəziyyəti, eləcə də hər iki tərəfdən itkiləri minimuma endirməyi müzakirə etmişik. Biz vahid komanda kimi çalışırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB