Azərbaycan tərəfi Ermənistan ordusunun üç əsgərini 3-cü ölkəyə təhvil verib
Azərbaycan tərəfi Ermənistan ordusunun üç əsgərini 3-cü ölkəyə təhvil verib. Azərbaycanın İtkin Düşmüş və Girov Götürülmüşlərlə İş üzrə Dövlət Komissiyasının sədr müavini Şahin Sailovun SİA-ya verdiyi məlumata görə, proses Qrant Markosyan, Rafik (Alik) Tevosyan və Vartevan Sarkisyanın öz istəkləri ilə həyata keçirilib və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə baş tutub.
Qeyd edək ki, hər üç əsgər 2009-cu il fevralın 27-dən 28-nə keçən gecə Ağcabədi rayonunun Minaxorlu kəndi istiqamətində təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan hissəsinə keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB