Yaponiyada nüvə qorxusu artıb. SİA-nın xəbərinə görə, Fukişimadakı nüvə stansiyasında yeni yanğın baş verib. Yanğından sonra radiasiya səviyyəsinin yüksəlməsi stansiyadakı işləri çətinliyə salıb.
Daiçi stansiyasındakı mütəxəssislər yanğının 4 nömrəli reaktorda "Qoruma qabı" olaraq adlandırılan və reaktor parçalarını kənardakı təsirlərdən uzaq tutan qabın kənar hissəsindən çıxdığı bildirilir. Stansiyadakı sızıntının qarşısını almaq ücün Dai-içi stansiyasına havadan su və bor turşusu püskürüldülməsi planlaşdırılıb.
Bundan əvvəl Yaponiya baş naziri Naoto Kan, Daiçi stansiyasındakı 6 reaktorun 4-ündən sızıntı olduğunu açıqlamış və stansiyanın ətrafında yaşayan 140 min nəfərin evlərindən çıxmamalarını istəmişdi.
Beynəlxalq atom enerjisi təşkilatı da, yapon mütəxəssislərinin havaya çıxan radiasiyanın bir başa atmosferə qarışdığı istiqamətində məlumat verdiyini təsdiqləyib.
Tokiodan 100 kilometr uzaqda Mae-başı şəhərində radiasiya səviyyəsinin normadan 10 dəfə artıq olduğu bildirilir.
Yeri gəlmişkən, Fransa Tokiodakı vətəndaşlarına ölkəni tərk etmələri və ya şərqə getmələri üçün çağırış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB