Bu gün "Novosti" Beynəlxalq Mətbuat Mərkəzində "Cənubi Qafqaz" politoloqların diskussiya klubunun 17-ci iclası keçirilib. SİA-nın xəbərinə görə, müzakirələrdə politoloq Fikrət Sadıxov, Rasim Ağayev, Elxan Şahinoğlu və hərbi ekspert Cəsur Məmmədov iştirak ediblər. İclasda Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət, ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalisin, Minsk qrupun həmsədrlərin regiona səfəri və digər məsələlər müzakirə olunub.
Bu və ya digər mövzular ətrafında öz fikirlərini bildirən politoloq Fikrət Sadıxov bildirib ki, son dövrlərdə ATƏT sədr və həmsədrlərinin regiona səfəri artıb: "Ancaq təəssüflər olsun ki, bir çox hallarda Ermənistanın işğalçılıq siyasəti bu səfərlərdə müzakirə olunsa da heç bir nəticə əldə olunmur və bu, lider ölkələrin əlində bir oyuncağa çevrilməkdədir. İnanmıram ki, ATƏT-ə bir il ərzində sədrlik edən rəhbər bu məsələdə nəsə irəliləyişlərə nail ola bilsin. Çünki uzun müddətdir ki, davam edən bu münaqişə bir il ərzində asanlıqla həll oluna bilməz. Vasitəçilərə bu məsələdə artıq inam itib. Fikrimcə, hər iki dövlət bu məsələdə daha kompramis yol taparaq münaqişənin həll etməlidir. ATƏT indiyə qədər ancaq mülayim bəyanatlar verməklə məşğuldur. Ancaq qeyd etmək lazımdır ki, böyük dövlətlərin heç biri istəmir ki, regional sabitlik pozulsun və buralarda silahdan istifadə olunsun".
Tədbirin davamında çıxış edən politoloq Rasim Ağayevin fikrincə isə Cənubi Qafqazın yaxın zonalarında elə bir vəziyyət baş verir ki, bunun nəticəsində stabillik aradan götürülüb. Onun sözlərinə görə, bu saat obyektiv asayiş danışıqların sülh yolu ilə həllinə şərait yaratmır: "Bu zamanda artıq ATƏT vasitəçiliyinin vaxtı, imkanları bitib və problemin həllinin sonuna gəlinib.
Politoloq Elxan Şahinoğlu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərinə münasibət bildirib. O qeyd edib ki, səfər çərçivəsində əsasən iqtisadi ağırlıqlı məsələlər müzakirə olunacaq. Onun sözlərinə görə, iki ölkə arasındakı ticarət imkanlarının artması Azərbaycanın da imkanlarına xidmət edəcək. Politoloq qeyd edib ki, Rusiya-Türkiyə münasibətlərinin inkişaf etməsi bölgədə sabitliyin qorunmasına da xidmət edəcək.
Hərbi ekspert Cəsur Məmmədov isə öz növbəsində Azərbaycanın müharibə ssenarisi və müharibənin yaxın gələcəkdə nə zaman baş tuta biləcəyinə münasibət bildirib. Tədbirin davamında bu və ya digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB