Qurban Yetirmişli: “2011-ci il ərzində Azərbaycanda qeydə alınan 856 yeraltı təkandan beşi hiss olunan olub”
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Yaponiyada baş vermiş zəlzələ və onun dünya ölkələrinə, o cümlədən Azərbaycana təsiri məsələləri müzakirə olunub. İclasda AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli "Yaponiya zəlzələsi və Azərbaycanda seysmikliyin vəziyyəti" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, dünyada baş verən zəlzələlər barədə Azərbaycanda quraşdırılmış seysmoloji stansiyalar vasitəsilə məlumat əldə etmək mümkündür. İnstitut direktoru vurğulayıb ki, 1900-cu ildən bu günə kimi dünyada 5 güclü zəlzələ baş verib: "Onlar 1952-ci ildə Rusiyada, 1965-ci ildə Çilidə, 1964-cü ildə Alyaskada, 2004-cü ildə Sumatrada və bu günlərdə Yaponiyada baş verən zəlzələlərdir. Martın 11-dən bu günədək Yaponiyada ümumilikdə 478 zəlzələ qeydə alınıb və onların hər biri 5 dəqiqədən bir dəyişir. Belə ki, bu müddət ərzində 4,1-5 bal gücündə 231, 5,1-6 bal gücündə 222, 6,1-7 bal gücündə 25, 9 bal gücündə isə 1 zəlzələ baş verib".
Azərbaycanın seysmik vəziyyətinə gəlincə, Q.Yetirmişli qeyd edib ki, 2011-ci il ərzində Azərbaycanda 856 yeraltı təkan qeydə alınıb. O bildirib ki, bu yeraltı təkanlardan 5-i hiss olunan olub. Direktorun sözlərinə görə, bunlar Gürcüstan-Zaqatala 2 bal, Qəbələdə 3 bal, Şirvan-Hacıqabul bölgəsində 3 bal gücündə baş verib. Q.Yetirmişli vurğulayıb ki, ümumilikdə bu ilin mart ayı ərzində baş vermiş yeraltı təkanların sayı və onlardan ayrılmış enerjinin miqdarı yüksələrək 319-a çatıb.
İclasın davamında AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov "Yaponiya zəlzələsi: Geodinamik vəziyyət və faktlar" mövzusunda məruzə ilə çıxış edib. Tədbirin davamında iclasın gündəliyində olan elmi-təşkilati və kadr məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB