Livanın baş naziri kim olacaq?

Livan prezidenti Mişel Aun yeni baş nazirin təyinatı ilə bağlı məsləhətləşməni dekabrın 19-dək təxirə salıb. SİA İsrail KİV-inə istinadən xəbər verir ki, prezident bu addımı hökumət başçısı səlahiyyətlərini icra edən, baş nazir postuna namizəd Saad əl-Xəririnin istəyi əsasında atıb. Bildirilib ki, həmin gün əl-Xəririnin rəsmi olaraq baş nazir kimi təqdim ediləcəyi gözlənilir. Bu posta iddialı olan iki nəfər namizədliklərini geri götürüb.

Qeyd edək ki, bir neçə aydır Livanda müxalifətin etiraz aksiyası keçirilir. Onlar texnokrat hökumətin yaradılmasını tələb edirlər. Onların təzyiqi əsasında cari ilin oktyabrında əl-Xəriri istefa verib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə