ABŞ Konqresində ermənipərəstlərin sayı artıb - ÖZƏL AÇIQLAMA

ABŞ Konqresində ermənipərəstlərin sayı artıb - ÖZƏL AÇIQLAMA

“Oktyabr ayının 29-da ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyə Cümhuriyyətinin 96-cı il dönümü, Zəngilanın işğalının 26-cı il dönümü günü məqsədyönlü şəkildə belə bir addım atıb”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi, Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Ermənipərəst konqresmen Adam Şifin təşəbbüsü ilə bu qanun layihəsi müzkirəyə çıxarılıb və dəfələrlə erməni maraqlarına xidmət edən bir şəxsdir: “Qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edilib. Amma bu gün isə artıq ABŞ senatında da analoji sənəd təsdiqlənib. İndi sual ortaya çıxır ABŞ prezidenti veto hüququndan istifadə edəcək ya yox? Bir şeyi de qeyd etmək istərdim ki, hər halda ermənipərəst konqresmen Adam Şif həm də konqresin kəşfiyyat komitəsinin sədridir və Trampa qarşı impiçment prosesində xüsusi canfəşanlığı ilə seçilir. Trampın hakimiyyətdən uzaqlaşdırılmasının ən fəal tərəfdarlarından biridir”.

E.Nəsirov qeyd edib ki, Tramp ən azı bu məsələlərdə öz maraqlarını nəzərə alaraq veto hüququnda istifadə edəcəyi fikri aktualdır: “Əgər doğrudan da veto hüququndan istifadə etməsə, ABŞ prezidenti də Türkiyə əleyhinə olan bu qondarma soyqırım ilə bağlı sənədə imza atsa, bu sözün həqiqi mənasında iki müttəfiq dövlət arasında münasibətlərin son dərəcə korlanmasına gətirib çıxaracaq. Əslində regiondakı bütün geosiyasi vəziyyəti dəyişəcək. Bu halda artıq NATO həmrəyliyindən, NATO-da birlikdən danışmaq olmaz və bu NATO-da son dərəcə mərkəzdənqaçma meyillərini gücləndirə bilər və NATO həminki NATO ola bilməz. Belə olan vəziyyətdə şübhəsiz ki, Türkiyənin də müəyyən təsir çalarları var. Bütün bu hadisələr fonunda İncirlik hərbi bazasının Birləşmiş Ştatlar üçün bağlaması müzakirə olunan məsələlər sırasındadır. Azərbaycanda da təbii ki, bu proseslər çox diqqətlə izlənməkdədir. Və biz çox gözəl dərk edirik ki, bütün bu addımları atan məhz Birləşmiş Ştatlardakı güclü erməni lobbisi, diasporasıdır. Amerikanın erməni yönümlü konqresidir. Təəssüf hissi ilə qeyd edirəm ki, ermənilər ABŞ konqresində də məhz çirkli yollarla konqresmenləri ələ alıblar. Şübhəsiz ki, söhbət böyük rüşvət və korrupsiyadan gedir. Eyni zamanda senatda da müəyyən mənada addımlar atıblar. Nəticə etibarilə bu gün ABŞ-ın qanunverici orqanında ermənipərəst qüvvələrin sayısı, çəkisi kifayət qədər artıb”.

Deputat sonda vurğulayıb ki, bu vəziyyətdə Birləşmiş Ştatların təhlükəsizlik qurumları, mərkəzi kəşfiyyat idarəsi, xüsusilə də Ağ ev bu məsələdə haqlı mövqedə dayana biləcəyi ehtimalı böyükdür. Çünki bu nəticə etibarilə Türkiyənin itirilməsi, Ermənilərin isə Birləşmiş Ştatlarda at oynatmasına gətirib çıxara bilər. Doğrudan da bu addım atılsa ABŞ 2020-ci ildə həm prezident seçkiləri, həm də konqresin hər iki palatasına seçkilər keçiriləcək. Bu artıq hər iki palatada erməni dayaqların artmasına gətirib çıxara bilər. Bu isə Amerikanın milli maraqlarının ziddindədir. Əgər belə bir addım atılarsa, həqiqətən də ABŞ-da prezident səviyyəsində də bu sənəd qəbul edilərsə, təbii ki, bu Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Birləşmiş Ştatların neytral, tərəfsiz mövqeyinə çox böyük kölgə salacaq. Azərbaycan ictimaiyyətində haqqlı olaraq belə bir düşüncə hasil olacaq. Qondarma erməni soyqırımını Birləşmiş Ştatlar tanısa, onda onun münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qurupunun həmsədri kimi mövqeyinə, obyektliyinə çox böyük şübhə, çox böyük etimadsızlıq yaranmış olacaq. Biz ümid edirik ki, ABŞ rəhbərliyi son nöqtədə bu addımı atmayacaq. Nəticədə Türkiyə kimi özünün strateji əhəmiyyətli müttəfiqini itirməyəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə