"ABŞ-ın qəbul etdiyi qətnamə türklüyü hədəfə alır" RƏY-ÖZƏL

"ABŞ-ın qəbul etdiyi qətnamə türklüyü hədəfə alır" RƏY-ÖZƏL

“ABŞ Konqresinin qondarma "erməni soyqırımı" qətanaməsini qəbul etməsi, bütövlükdə Türkiyə və Azərbaycana qarşı erməni lobbisinin yeni hərəkətlərini artıra bilər”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, sözügedən qətnamə ümümi olaraq türklüyü hədəf alır.

Onun sözlərinə görə, məhz Ermənistan da Dağlıq Qarabağ münaqişəsini türklərlə ermənilər arasında münaqişə kimi qabardır: “Erməni lobbisi bu məsələdən istifadə edərək Azərbaycana qarşı "türklər soyqırımı aktı" həyata keçiriblər, Qarabağ mütləq müstəqil olmalıdır siyasət adı altında yeni hücum hədəfləri hazırlaya bilər. Belə olan halda, hətta ABŞ və Avropa Qarbağda ermənilərin müstəqilliyinə də səs verə bilərlər”.

Politoloq hesab edir ki, Azərbaycan və Türkiyə diasporası, lobbisi birgə daha da sıx işləməlidir: “Türkiyə qarşı erməni lobbisinin bu hərəkətləri dolayı yolla Azərbaycana da təsir edir. Ona görə də mütləq şəkildə Azərbacan və Türkiyə Qarabağ məsələsində ermənilərin yeni avantürasının qarşısını qabaqlayıcı tədbirlərlə almalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə