"Elvin İsayevi müdafiə etməyəcəyəm!" Hüquq müdafiəçisi

"Elvin İsayevi müdafiə etməyəcəyəm!" Hüquq müdafiəçisi

Ukraynadan Azərbaycana deportasiya edilən və özünü "ictimai fəal" adlanrıraraq, söyüş qrupuna aid edilən Elvin İsayevin müdafiəsinə hətta müxalifətyönlü hüquq müdafiəçiləri belə qalxmaq fikrində deyillər. SİA xəbər verir ki, sözügedən mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu mətbuata açıqlamasında ümumiyyətlə, söyüş söyən, insanları təhqir edən heç kimi müdafiə etməyəcəyini açıqlayıb.

“Söyüş söyən heç bir şəxsi müdafiə etmək fikrində deyiləm", bildirən Cəfəroğlu bu addımını belə izah edib. SİTAT: " Sən bir şeyi bəyənmirsənsə, onu tənqid edə bilərsən. Eləcə də hakimiyyəti bəyənmirsənsə, konkret faktlar göstərməklə tənqid et. Bildir ki, filankəs korrupsionerdi, korrupsiya ilə evlər alıb və sairə. Bunu tənqid edə bilərsən. Təhqir isə yolverilməzdir. Özümə söz vermişəm ki, kimliyindən asılı olaraq təhqirə yol verən, söyüş söyən şəxsin hüquqlarını müdafiə etməyəcəyəm. Ona görə də əgər Elvin İsayev söyüş söyübsə və buna görə cəza alacaqsa, onun hüquqlarını müdafiə etmək fikrində deyiləm”.

Qeyd edək ki, Elvin İsayev təhqirlərlə yanaşı, hakimiyyəti dəstəkləyən sadə vətəndaşları da təhdid edib, silahlarla, hətta dəyənəklə hədələyib, söyüşər söyüb. Onun videoları hazırda da youtube sosial şəbəkəsində qalmaqdadır.

Onu da xatırladaq ki, Avropa ölkələrində oturub, özlərini "siyasi mühacir" adlandıran, bu vasitə ilə hakimiyyət nümayəndələrini təhqir edən bir sıra şəxslərin də deportasiyaları mümkün görünür. Artıq saxta yollarla "siyasi mühacir" adını alıb, özlərini "müsavatçı" adlandıranların işləri ilə bağlı Almaniyada istintaq araşdırmalarına başlanılıb və bir qrup Müsavat AKM üzvləri həbs olunub, deportasiyalarını gözləyirlər.

Ehtimallar var ki, AXCP və s. müxalifət partiyalarının söyüş qruplarına aid edilən digər şəxslərin də haqqında araşdırmalara başlanılacaq. Hollandiya, Belçika, Norveç, Böyük Britaniya, Fransa kimi ölkələrdə saxta yollarla yaşayan şəxslər barədə rəsmi ölçülərin götürüləcəyi istisna olunmur.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə