Ermənistan hakimiyyəti lağ hədəfində

Bəli, Su-35 təyyarəsi, T-90 tankı və bir neçə başqa zirehli personal daşıyıcıları və piyada döyüş maşınları tapıblar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan Futbol Federasiyasının sabiq rəhbəri Ruben Ayrapetyan, onun malikanəsinə toplaşan jurnalistlərə evində axtarış aparılması barədə danışarkən öz açıqlamasında, Ermənistan hakimiyyətini lağ hədəfinə çevirib.

Jurnalistlərdən axtarışın onun Ermənistan Futbol Federasiyasındakı fəaliyyəti ilə əlaqəli olub olmadığını soruşduqda Ruben Ayrapetyan ümumiyyətlə cavab verməyib.

Jurnalistlər Hayrapetyandan da axtarış zamanı nəsə tapılıb-tapılmadığını soruşublar. FFA-nın sabiq prezidenti istehza ilə cavab verib ki, bəli, Su-35, T-90 və bir neçə başqa zirehli personal daşıyıcıları və piyada döyüş maşınları tapıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...