ABŞ Pakistana növbəti hava zərbəsini endirib

ABŞ Pakistana növbəti hava zərbəsini endirib

ABŞ-ın pilotsuz təyyarələri Pakistanın şimal-qərbinə hava zərbəsi endirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücum nəticəsində 5 adam ölüb.

Pakistan təhlükəsizlik mənbələrinə görə hava zərbələri Əfqanıstan sərhədindəki Şimali Vəziristanın Data Hel bölgəsində bir evə endirilib. Bölgənin təhlükəsizlik mənbələri də 5 nəfərin öldüyünü təsdiqləyib.

Qeyd edək ki, ABŞ-ın Pakistan torpaqlarında 2008-ci ildən reallaşdırdığı hava hücumlarında 1700-dən çox adam ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə