Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda ABŞ Prezidenti Barak Obamanın Elm məsələləri üzrə elçisi Elis Qast ilə görüş keçirilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, görüşdə həmçinin ABŞ Dövlət Departamentinin Mərkəzi və Şərqi Avropa və Rusiya Elm və Texnologiya Kooperasiyasının nümayəndəsi Elizabet Dauqart, ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, AMEA institut və təşkilatlarını təmsil edən alim qadınlarımız iştirak ediblər. Görüşün keçirilməsində məqsəd Azərbaycanın alim qadınlarının elmin inkişafında, bəşəriyyətin rifahına xidmət edən yüksək elmi nəticələrin əldə olunmasında rolu, həyata keçirilən müxtəlif layihələrdə iştirakı məsələləri ilə tanışlıq, fikir mübadiləsinin aparılması, həmçinin mübadilə proqramlarında birgə iştirak məsələlərinin müzakirəsi və təşkili xarakteri daşıyıb.
Tədbirdə çıxış edən E.Qast müasir dövrdə yüksək intellektual səviyyənin, elmi-texniki biliklərin cəmiyyətin inkişafında mühüm rol oynadığını söyləyərək, Azərbaycanda elmin inkişafı üçün böyük imkanların olduğunu bildirib. ABŞ-da həyata keçirilən müxtəlif elmi proqramlar haqqında məlumat verən qonaq mübadilə proqramlarının əhəmiyyətindən söhbət açıb. E.Qast əsasən bilik və təcrübə mübadiləsinin aparılması məqsədlərinə xidmət edən bu proqramlarda birgə iştirakın məqsədəuyğunluğunu qeyd edib və bunun üstünlüklərindən danışıb. O, müxtəlif elm sahələrinə həsr olunmuş konfrans və seminarlarda birgə iştirakın vacibliyini qeyd edib. ABŞ-da elm və texnologiyanın inkişafı məsələlərinə böyük önəm verildiyini vurğulayan E.Qast bu istiqamətdə aparılan işlərin gələcək inkişaf perspektivlərinin təyin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Elmi-tədqiqat institutları ilə ali təhsil müəssisələri arasında əlaqələrin inkişafı məsələlərinə də toxunan E.Qast söyləyib ki, ABŞ-da təhsil sisteminin innovativ inkişafına alim və tədqiqatçıların bu proseslərdə yaxından iştirak etməsi nəticəsində nail olunub.
AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı Azərbaycanda humanitar elmlər sahəsində çalışan qadınların elmi fəaliyyətindən söhbət açıb. O, Şərqdə ilk Müsəlman Qız Məktəbinin 1901-ci ildə Azərbaycanda açıldığını nəzərə çatdıraraq elm və təhsilin inkişafında Azərbaycan qadının oynadığı roldan, elm tarixinə verdiyi töhfələrdən danışıb. Azərbaycanın alim qadınlarının müxtəlif beynəlxalq konfrans və simpoziumlarda, mədəniyyətlərarası dialoqların, əməkdaşlıq əlaqələrinin qurulmasında fəal iştirak etdiklərini qeyd edən akademik elmi karyerasında zaman-zaman böyük nailiyyətlərə imza atmış müasir Azərbaycan qadınının digər müsbət keyfiyyətlərlə yanaşı yüksək təşkilatçılıq qabiliyyətinə də malik olduğunu qeyd edib.
Tədbirdə çıxış edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev XXI əsr elminin cəmiyyətin inkişafındakı rolundan söhbət açıb. Alim qlobal informasiya cəmiyyətinin formalaşdığı dövrdə ölkəmizdə elmin innovativ inkişafına, modern təhsil sistemi quruculuğu, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə elmi-tədqiqat institutları və mərkəzlər, nüfuzlu universitetlər arasında innovativ bilik və təcrübə mübadiləsinin aparılması məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib. Elmin innovativ inkişafına xidmət edən müxtəlif proqram və layihələrdə birgə iştirakın əhəmiyyətini vurğulayan R.Əliquliyev ölkəmizdə təsdiq edilən "2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"da bu məsələlərin öz əksini tapdığını vurğulayıb.
AMEA İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva, digər institutlardan olan alim xanımlar müxtəlif elm sahələri üzrə aparılan tədqiqatlar, həyata keçirilən layihələr haqqında məlumat veriblər. Azərbaycanın alim qadınlarının hər zaman ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etdiyini bildirib, gənc alimlərin xaricdə təcrübə keçməsinin əhəmiyyətini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB