Ermənistanda növbəti intihar hadisəsi

Ermənistanda növbəti intihar hadisəsi

İrəvanda daha bir intihar hadisəsi baş verib. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bir nəfər özünü Kiyev körpüsündən atıb.
Məlumatda qeyd olunur ki, özünü Kiyev körpüsündən ataraq intihar edən 34 yaşlı erməni İrəvan sakinidir. Həmçinin bildirilir ki, faciəli hadisə dekabrın 11-də axşam saatlarında baş verib. Ölən şəxsin şəxsiyyəti müəyyənləşdirilir. Bu şəxsin, İrəvan sakini 34 yaşlı Q. Artur olduğu bəlli olub.
Hadisə baş verdikdən sonra əlaqədar olaraq materiallar hazırlanır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə