36 yaşlı azərbaycanlı iş adamı Türkiyədə Oteller şəbəkəsi alıb

36 yaşlı azərbaycanlı iş adamı Türkiyədə Oteller şəbəkəsi alıb

Türkiyədə fəaliyyət göstərən məşhur "National Holdinq" şirkətlər qrupu malik olduğu marka otellərini Azərbaycan əsilli iş adamlarına satıb. SİA-nın aldığı məlumata görə, "National Holdinq" şirkətinin tərkibində 11 otel, 3 incoming şirkəti, 600-ə yaxın oteli ləvazimatlarla təmin edən marketinq şirkəti, bir avtobus və 1 sığorta şirkəti vardır.
"National Holdinq" şirkəti şəbəkə ola bilmək üçün hələ üç il öncədən şirkətin səhmlərini xalqa açıq elan etmiş, lakin hökumətin infilyasiya siyasəti üzündən bu planlarını həyata keçirməmişdir. 8 şirkətin birləşməsindən əmələ gələn "National Holdinq"in 11 "Prenses" otellər şəbəkəsinin 6-sı şirkətə aiddir, 5-nin isə işlətməçiliyini şirkət həyata keçirir. 
Ötən ildən başlayaraq, "National Holdinq" sahib olduğu otelləri satışa çıxarıb. Aldığımız məlumata görə, "National Holdinq"in sahibi olduğu Otellər şəbəkəsindən "Bodrum Princess" 5 ulduzlu oteli Rusiyada yaşayan Azərbaycan əsilli milyarder İsgəndər Xəlilov, digər iki Oteli – 5 ulduzlu "Phaselis Princess" və 4 ulduzlu "Orance Princess" otelini isə Moskvada biznes şəbəksinə malik olan 36 yaşlı iş adamı Vaqif İsmayılov almışdır. Araşdırmamız zamanı məlum olmuşdur ki, gənc və ciddi bir iş adamı olan Vaqif İsmayılov Moskvada bir çox restoran və ticarət mərkəzlərinə sahibdir və o 5 ulduzlu "Phaselis Princess" otelini 48 milyon dollara, 4 ulduzlu "Orance Princess" otelini isə 16 milyon dollara alıb. Aldığımız digər məlumata görə, bu otellərdə böyük paya sahib olan Vaqif İsmayılovun ortağı Gürcüstanda böyük torpaq ərazilərinə və fermer təsərrüfatlarına malik olan iş adamı Ədalət Eyyubovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə