Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 15-də saat 13.10-dan 13.15-dək, 13.40-dan 13.55-dək, 15.05-dən 15.20-dək, 20.55-dən 21.10-dək, 21.05-dən 21.15-dək və 22.30-dan 22.45-dək Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen, Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızıl Hacılı və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 09.30-dan 09.45-dək və 22.00-dan 22.10-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə