Daşkəsəndə təbliğat-təşviqat işləri yüksək səviyyədə davam etdirilir FOTO

Daşkəsən rayonunda Bələdiyyə seçkilərinə hazırlıqla bağlı təbliğat-təşviqat işləri yüksək səviyyədə davam etdirilir. SİA-ya daxil olan məlumata görə, Daşkəsən rayonunun Bayan kəndində seçicilərlə görüş keçirilib. Görüşdə YAP Daşkəsən təşkilatının sədri Meydanəli Yolçuyev və rayon təşkilatı idarə heyətinin üzvü Malik Ələsgərov iştirak ediblər.

Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülənlərlə kənd sakinlərinin görüşündə namizədlərin fəaliyyətləri haqqında seçicilərə qısa məlumat verilib.

Görüşdə Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib və eyni zamanda Onun siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla aparıldığı vurğulanıb.

Tədbirin sonunda bir qrup fəal gəncə YAP-ın üzvlük vəsiqələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...