Fransa Nüvə Təhlükəsizlik İdarəsi (ASN) Yaponiyadakı nüvə fəlakəti ilə bağlı dəhşətli proqnoz verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qurum nüvə radiasiyasının təhlükəliliyini 6-cı səviyyə ilə qiymətləndirib. Qeyd edək ki, Beynəlxalq Nüvə və Radioloji Vəziyyət Ölçüsünün 7 səviyyəsi var.
Yapon səlahiyyətliləri "Fukusima-1" stansiyasında şənbə günü baş verən ilk partlayışdan sonra təhlükəni 4-cü səviyyə ilə qiymətləndirib. ASN rəhbəri Andre-Klod Lakoste isə dünən stansiyanın 2 nömrəli reaktorunda baş verən qəzanın səviyyəsinin 6-ya çıxdığını söyləyib. Yapon Nüvə Təhlükəsizlik Agentliyi isə ASN-nin bu açıqlamasını təkzib edib.
Qeyd edək ki, Ukraynada 1986-cı ildə baş verən Çernobıl faciəsinin səviyyəsi 7 idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB