Gəncə şəhərinin giriş və çıxış qapılarının hazırlanması ilə bağlı yeni layihə hazırlanıb. Şəhər rəhbərliyi layihə ilə tanış olub və işlərin tez bir zamanda başlaması ilə bağlı göstəriş verib.
Layihəyə əsasən şəhərin giriş qapılarının ümumi hündürlüyü 13, giriş hissəsinin hündürlüyü isə 8 metr olacaq. Bundan əlavə giriş qapılarının eni 20 metrə yaxın olacaq.
Tikinti şirkətinin sahə rəisi Fikrət Hüseynovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, tikintidə Gəncənin qədimliyini əks etdirən qırmızı kərpicdən və digər materiallardan istifadə olunacaq. Bundan əlavə Gəncənin giriş və çıxış qapılarının işıqlandırılması yüksək səviyyədə həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB