Azərbaycan və Ermənistan deputatlarının qarşılıqlı səfərləri ola bilər RƏSMİ

"Azərbaycan və Ermənistan jurnalistlərini qarşılıqlı səfərləri ilə bağlı təklif bu ilin yanvar ayında Rusya tərəfindən edilmişdi. Azərbaycan tərəfi də konstruktiv mövqe göstərərək bu təkliflə razılaşdı". SİA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, qarşılıqlı səfərlər dövlətlərarası danışıqlarda hər hansı müsbət nəticə əldə olunduğu zaman faydalı ola bilər: "Lakin təəssüf ki, dövlətlərarası danışıqlarda heç bir irəliləyiş yoxdur. Belə olan halda, qarşılıqlı səfərlərin effekti ola bilməz".

Qarşılıqlı səfər zamanı Ermənistan tərəfinin şou göstərdiyini deyən Mərkəz sədri qeyd edib ki, düşmən tərəfi qeyri-konstruktiv mövqe sərgiləyir.

F.Şəfiyev əlavə edib ki, hazırda deputatların qarşılıqlı səfərləri ilə təklif var.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə