"Moskva-Vaşinqton dialoqu davam edir" ÖZƏL-MÖVQE

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda əvvəlcə amerikalı həmkarı Maykl Pompeo, bunun ardınca Ağ Evdə prezident Donald Trampla görüşdü. İki ölkə arasında müxtəlif mövzularda fərqli yanaşmalar olsa da, Moskva və Vaşinqton dialoqu davam etdirirlər. Bu hər zaman belə olub". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, soyuq müharibə illərində belə iki ölkə öz aralarında müxtəlif mövzuları müzakirə edirdilər, bəzi məsələlərdə ortaq məxrəcə gəlməyə çalışırdılar: "Buna baxmayaraq, həm Vaşinqton, həm də Moskva keçmiş illərdə olduğu kimi indi də öz bildiyini edir. Rusiya Gürcüstana müdaxilə edəndə və ya Krımı işğal edəndə Vaşinqtonun mövqeyini heçdən saydı. Eyni ilə Amerika da Şərqi Arvopada raketlər yerləşdirəndə, əvvəlki razılaşmaların əleyhinə olaraq İrana qarşı sanksiyalar tətbiq edəndə və ya Ukraynaya silahlar verəndə Rusiyanın mövqeyini heçdən saydı. Çünki maraqlar fərqlidir. Ancaq bu fərqli maraqlar Amerika ilə Rusiya arasında birbaşa qarşıdurmaya imkan verməməlidir. Buna görə də Moskva ilə Vaşinqton dialoqdan imtina etmirlər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə