Vahid Əhmədov: “Son zamanlar baş verən suni qiymət artımı monopoliya ilə əlaqədardır” - AÇIQLAMA
"Son zamanlar baş verən suni qiymət artımı monopoliya ilə əlaqədardır". SİA-nın xəbərinə görə, bunu Millət vəkili Vahid Əhmədov parlamentin bugünkü iclasında hökümətin hesabatı ilə bağlı müzakirələr zamanı deyib. O, qeyd edib ki, 2006-2011-ci illərdə Neft Fondundan büdcəyə 20 milyard manat vəsait daxil olub və bu məbləğ büdcənin 30 faizini təşkil edir. "Mən bunun əleyhinə deyiləm. Sadəcə bu məsələ vergilər və digər büdcəni formalaşdıran orqanlarda arxayınlıq yarada bilər".
Ərzaq təhlükəsizliyi məsələsinə toxunan millət vəkili yatırlan investisiyaların 10-12 faizi mütləq kənd təsərüfatı sahəsinə ayrılmasının vacibliyini vurğulayıb. Daha sonra V.Əhmədov Quba rayonu ərazisində mövcud olan bir sıra problemələrə toxunub: "Qubada bərbad halda olan Diyarşunaslıq Müzeyinin bərpası ilə bağlı ötən il baş nazirin müavini Abid Şərifov müraciət etdim. Abid Şərifov qeyd etdi ki, bu məsələ hökümətin iş planına salınacaq. Çox təssüflər ki, bu iş planına salınmadı. Qubada içməli su ilə bağlı çox ciddi problemlər var və bu məsələ öz həllini tapmır. Biz bu məsələni ildə üç ədəd artezian quyusu qazmaqla süni şəkildə həll eləməyə çalışırıq".
Meyvələrə vurulan dərmanlara toxunan deputat qeyd edib ki, bununla bağlı baş nazir Artur Rəsizadəyə müraciət edib. "Müvafiq qurumlarla görüşlər də keçirmişəm. Mən Dövlət Gömrük Komitəsinin sədrinə, Dövlət Standartlaşma və Metrologiya Komitəsinə müraciət eləmək istəyirəm ki, bu məsələ ilə bağlı ciddi məşğul olsunlar. Sərhəddən əgər hər hansı bir standarta uyğun olmayan dərman keçirilsə, bizim meyvələr məhv ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB