AİDP sədri: “İctimai Palata nəinki xalqa, heç müxalifətin özünə belə ağsaqqallıq etmək iqtidarında deyil” - MÖVQE

AİDP sədri: “İctimai Palata nəinki xalqa, heç müxalifətin özünə belə ağsaqqallıq etmək iqtidarında deyil” - MÖVQE

"İctimai Palata nəinki xalqa, heç müxalifətin özünə belə ağsaqqallıq etmək iqtidarında deyil". SİA-ya açıqlamasında bu sözləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı İctimai Palatının fəaliyyətinə qiymət verərkən deyib. T.Abbaslı qeyd edib ki, müxalifət bu qurumu yaratmaqla düşərgədə olan qarışıqlığı aradan qaldırmaq istəsə də, buna nail olmayıb.

 

İctimai Palatanın bir neçə nəfərin inhisarında olduğunu söyləyən AİDP sədri komik bir vəziyyətin yarandığını deyib: "Palatada ictimailikdən əsər-əlamət yoxdur. Adını Xüsusi Palata qoysalar daha yaxşı olardı. İctimai Palata əslində müxalifət düşürgəsində olan problemləri bir daha gündəmə gətirmiş oldu. Bəlli oldu ki, özünü ana müxalifət hesab edən qüvvələr bir-birinə güvənmir. Həmişə olduğu kimi dialoq alınmır. Dəfələrlə birləşib ayrılan İsa Qəmbərlə Əli Kərimli bu dəfə də bir yerdə ola bilməyəcəklərini nümayiş etdirdilər".

 

AİDP sədri İctimai Palatanın mitinqlər təşkil etmək istəyinə də münasibət bildirib: "İctimai Palatada müxalifətin problemləri ilə yanaşı ölkənin üzləşdiyi problemlər də müzakirə olunmalı idi. İctimai Palatada təmsil olunan inhisarçılar isə qurumu mitinq ruporuna çevirmək istəyir. Burada toplaşan təşkilatlar, xüsusilə də şəxslər bir-birilərini qəbul etməyən insanlar və təşkilatlardır. Cəmiyyət İctimai Palatanın da sədrliyində siyasi partiyaların liderlərini gördüyü üçün ona etimad etmir. Əslində İctimai Palatada rəngarənglik olmalıdır. Rəngarənglik isə ancaq yeni nəslin yeni siyasi düşüncələrindən və ictimai istəklərindən yarana bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə