Bahar Muradova: "Bəzi adamlar var ki, narazılıqlarının nədən ibarət olduğunu özləri də bilmirlər"

Bahar Muradova: "Bəzi adamlar var ki, narazılıqlarının nədən ibarət olduğunu özləri də bilmirlər"
"Azərbaycan demokratik bir cəmiyyətdir. Burada hamının eyni cür düşünməsini təxmin etmək sadəlöhvlük olardı. Aksiyalar müxtəlif fikirli insanların öz mövqeyinin ifadə formasını seçməsidir". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Milli Məclisin vitse-spikeri Bahar Muradova bu məsələni belə dəyərləndirdiyini qeyd edib. Onun sözlərinə görə, burada qeyri-adi mənbələrin axtarışına çıxmağa ehtiyac yoxdur və bu dairələrin kimliyi və nəyə qadir olduğu bu günə qədər bizə bəllidir: "Bu qüvvə deyil. Narazı şəxslər bütün ölkələrdə var, Azərbaycanda da ola bilər. Bəzi adamlar var ki, narazılıqlarının nədən ibarət olduğunu özləri də bilmirlər. Nədən ibarət olduğunu izah etsələr, bizə də məlumat versinlər". Milli Məclisin spikerinin fikrincə, Yaxın Şərq ölkələrində baş verən son hadisələrin Azərbaycana transfer olması qətiyyən mümkün deyil. Onun sözlərinə görə, bunun Azərbaycanda reallaşması üçün ölkə daxilində dayaq yoxdur: "Azərbaycanda belə istəklər dəfələrlə olub, lakin nəticəsi olmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə