Əli Əhmədov: “Vətəndaşların mənzillə təmin olunması istiqamətində 10 illik dövlət proqramı hazırlana bilər” - AÇIQLAMA

Əli Əhmədov: “Vətəndaşların mənzillə təmin olunması istiqamətində 10 illik dövlət proqramı hazırlana bilər” - AÇIQLAMA

"Azərbaycan əhalisi sürətlə artır, son 20 ildə 2 milyon nəfər artıb". SİA-nın xəbərinə görə bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib. Onun sözlərinə görə, Azərbaycan iqtisadi inkişafında əldə olunan nailiyyətlər nəticəsində yeni inkişaf səviyyəsinə qədəm qoyub. "Bunları nəzərə alaraq Azərbaycan hökuməti əhalinin işlə təmin olunmasına yönələn işləri həyata keçirməlidir. Bu sahədə müvafiq dövlət proqramının hazırlanması məqsədəuyğun olar", - deyə YAP-ın icra katibi vurğulayıb.

 

Ə.Əhmədov hesab edir ki, əhalinin artması ilə bağlı ortaya çıxan digər problem vətəndaşların mənzillə təmin olunmasıdır. "Mənzillərə olan tələbatın ödənilməsi istiqamətində müvafiq işlər görülməlidir", - deyə Ə.Əhmədov təklif edib. Onun sözlərinə görə, vətəndaşların mənzillə təmin olunması istiqamətində 10 illik dövlət proqramı hazırlana bilər və bu proqram çərçivəsində ildə 1 mlrd. manat ayırmaqla 10 minlərlə vətəndaşın mənzil problemini həll etmək olar.

 

O, qeyd edib ki, bu proqram həmçinin əhalinin işlə təmin olunmasına da öz töhfəsini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə