Bəzi müstəqil nüvə ekspertləri yapon səlahiyyətlilərin açıqlamalarına şübhə ilə yanaşır. SİA-nın məlumatına görə, İngiltərənin "Guardian" qəzeti yazıb ki, yapon hökumətinin hərəkətləri açıqlamaları ilə ziddiyyət təşkil edir: "180 min adamı nüvə stansiyanın yaxınlığından köçürdülər, amma radiasiya yoxdur deyirlər. Çernobılda da belə olmuşdu. İlk olaraq bir az problem var dedilər, daha sonra isə faciənin gerçək ölçüləri ortaya çıxdı".
"Guardian" "Wikileaks"ın yaydığı sənədlərə söykənərək qeyd edib ki, Yaponiya hökuməti keçmişdə də nüvə qəzalarını gizlədib. İngiltərənin "Times" qəzeti də stansiyadakı partlayışların açıqlandığından daha ciddi ola biləcəyini yazıb. Xəbərdə deyilir: "Yapon səlahiyyətlilər partlayışın yeddi dərəcəli beynəlxalq ölçüyə görə dördüncü dərəcəli olduğunu israr edir. Amma Fransa Nüvə Enerji Təşkilatının rəhbəri bu qəzanın Çernobıldakı qəzadan bir dərəcə aşağı olduğunu söyləyir. Çernobılın dərəcəsi yeddi idi".
"Times" yaratdığı təhlükələrə baxmayaraq nüvə enerjinin hələ də ən etibarlı enerji mənbələrdən biri olduğunu müdafiə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB