Bahar Muradova ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət etdi

Bahar Muradova ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət etdi

Ermənilər 9 yaşlı körpəni qətlə yetirməklə bir daha təcavüzkar yolda olmalarını sübut ediblər. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse- spikeri Bahar Muradova bildirib. O, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycanda olmasından istifadə edərək onlara müraciət edib. "Nə qədər Ermənistan rəhbərliyinə diplomatik təbəssüm göstəriləcək, nə qədər bu kimi təcavüzkar addımlara loyal münasibət bəslənəcək?"-deyə, B.Muradova vurğulayıb.

 

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri diplomatik tərzdə hər dəfə görüş zamanı Azərbaycan və Ermənistan tərəflərini etimad tədbirləri yaratmaq üçün addımlar atmağa çağırırlar. "Bundan sonra təcavüzkarlara necə etimad bəsləmək olar?"-, deyə vitse- spiker məsələ münasibət bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə