2010-cu ildə 6 Azərbaycan hərbçisinin meyiti geri qaytarılıb, bir əsgər əsirlikdən azad olunub
Ötən il 6 Azərbaycan hərbçisinin meyiti düşməndən geri alınıb. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinшт parlamentə təqdim etdiyi hesabatında bildirilir. Hesabatda qeyd olunub ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən ötən il ərzində Ermənistan tərəfində saxlanılan Azərbaycan vətəndaşlarının azad edilməsi və meyitlərin geri qaytarılması istiqamətində beynəlxalq təşkilatlarla intensiv iş aparılıb, bunun nəticəsi olaraq qarşı tərəfdə saxlanılan 6 nəfərin meyiti geri qaytarılıb. Bundan başqa, Ermənistan tərəfdən bir Azərbaycan əsgəri azad olunub, qarşı tərəfə isə iki Ermənistan vətəndaşının meyiti təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB