Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçisi Rəşad Kərimov mart-aprel ayları ərzində nüfuzlu "Stratfor" qlobal analitik şirkətində qonaq elmi işçi qismində siyasi və təhlükəsizlik mövzularında elmi tədqiqat aparmaq üçün ABŞ-a gedib.
SAM-dan SİA-ya verilən məlumata görə, SAM və "Stratfor" arasında qarşılıqlı əlaqələrin inkişafının göstəricisi olan qonaq elmi işçilərin mübadiləsinə dair anlaşma "Stratfor"un prezidenti Corc Fridmanın ötən ilin iyun ayında Azərbaycana səfəri zamanı əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB