ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya bu dəfə “əlidolu” gəliblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya bu dəfə “əlidolu” gəliblər

ATƏT-in Minsk qrupunun həmsədrləri - Bernar Fasie, Robert Bradtke və İqor Popov, eyni zamanda ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycana nəzərdə tutulmuş səfərə gəliblər. SİA-nın verdiyi məlumata görə, vasitəçilər Bakıda Azərbaycan rəsmiləri ilə görüşlərə başlayıblar.

Minsk qrupunun həmsədrləri əvvəlcə xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Müzakirə mövzusu təbii ki, Dağlıq Qarabağ münaqişəsi və bununla bağlı aparılan danışıqların indiki vəziyyəti olub.

Həmsədrlərin Prezident İlham Əliyevlə görüşlərəri nəzərdə tutulub. Onlar Dağlıq Qarabağa qiymətləndirici missiyanın yekunlarına dair hesabatı dövlət başçısına təqdim edəcəklər. Martın 16-da isə Minsk qrupunun həmsədrləri İrəvanda görüşlər keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə