“Google” “Kürdüstan” sərhədini çəkdi!

“Google” “Kürdüstan” sərhədini çəkdi!

Nəhəng axtarış sistemi "Google" saytının xəritə xidməti olan "Maps" bölməsində Türkiyənin cənub-şərqi "Kürdüstan" olaraq göstərilib. SİA-nın məlumatına görə, xəritədə Sivas, Maraş, Antep, Kilis, Musul, Kərkük, Kirmanşah, İqdır, Qars, Ərzurum və Ərzincan "Kürdüstan"ın sərhədlərini müəyyən edir.

 

"Google" xəritənin yanında etdiyi şərhdə isə "Kürdüstan" "əhalisinin əksəriyyətini kürdlərin təşkil etdiyi geo-mədəni bir bölgə" olaraq xarakterizə olunub. Kürd dili, mədəniyyət və milli kimliyinin varlığına diqqət çəkən "Google" qeyd edib ki, müasir "Kürdüstan" kürdlərin yaşadığı Türkiyənin şərqi (Şimali Kürdüstan), İraqın şimalı (Cənubi Kürdüstan), İranın şimal-qərbi (Şərqi Kürdüstan) və Suriyanın şimalını (Qərbi Kürdüstan) əhatə edir: "Bu xəritə bəzi xəritə və tarixi məlumatlara görə tarixi olaraq kürdlərin əksəriyyəti təşkil etdiyi ərazilərin təxminən eynisidir".

 

"Kürdüstan"ın yarı paytaxtının Diyarbəkir olduğunu vurğulayan "Google Maps" bu şəhərin kürd siyasətinin mərkəzi olduğuna diqqət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə