Ərdoğan Rusiyaya üçgünlük işgüzar səfərə gedir

Ərdoğan Rusiyaya üçgünlük işgüzar səfərə gedir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Rusiyaya üçgünlük işgüzar səfərə gedəcək. SİA-nın Rusiya prezidentinin mətbuat xidmətinin məlumatına əsasən verdiyi xəbərə görə, Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək, o cümlədən ticari-iqtisadi əməkdaşlıq, Türkiyədə ilk Atom Elektrik Stansiyasının, Samsun-Ceyhan neft kəmərinin və "Cənub axını" qaz kəmərinin inşası məsələləri müzakirə ediləcək.

 

Rəcəb Tayyib Ərdoğanı Rusiya səfərində yeddi nazir, o cümlədən, xarici işlər, energetika, sənaye, kənd təsərrüfatı nazirləri, işgüzar dairələrin 200-ə yaxın nümayəndəsi müşayiət edəcək. Baş nazir həmçinin səfər çərçivəsində Rusiya prezidenti Dmitri Medvedevlə və baş nazir Vladimir Putinlə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə