Dünən gecə saatlarında başından güllə yarası alan Türk musiqisinin imperatoru İbrahim Tatlısəsin həkimləri jurnalistlər üçün yeni açıqlama veriblər. SİA-nın "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, həkimlər məşhur müğənninin vəziyyətinin yaxşılaşmağa doğru getdiyini bildiriblər: "Beyindəki qanaxmanı dayandırmaq üçün xəstə narkozla yatızdırılır. Bu gün səhər beyin tomoqrafiyası çəkildikdən sonra xəstənin oyandırılıb-oyandırılmayacağı müzakirə ediləcək".
Həkimlər səhər yerli vaxtla saat 10.00-da (Bakı vaxtı ilə 12.00) yeni açıqlamanın veriləcəyini də deyiblər: "Bizdən kənar verilən açıqlamalara inanmayın. Müxtəlif sosial şəbəkələrdə həqiqəti əks etdirməyən məlumatlar dolaşır". Həkimlərin sözlərinə görə, yeni əməliyyata ehtiyac yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB