Müharibə qorxusu ermənilərə rahatlıq vermir

Müharibə qorxusu ermənilərə rahatlıq vermir

Qarabağ məsələsi yalnız hərbi yolla həll edilə bilər və bunun başqa yolu yoxdur. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu politoloq Levon Şirinyan deyib.
Məlumatda qeyd olunur ki, armlur.am xarici işlər nazirlərinin görüşündən gözləntilərin nə olduğunu bilmək üçün politoloq Levon Şirinyanla görüşüb və onun fikirlərini öyrənib.

“Yəqin ki, reallıqla əlaqəsi olmayan zəmanətlər, vədlər olacaq. Münaqişənin əsası dəyişməyib, heç bir dəyişiklik baş verməyib. Təəssüf ki, danışıqlar yolu ilə Dağlıq Qarabağ probleminin həlli olmayacaq. Dinc və sabit bir vəziyyətin qorunması üçün danışıqlar lazımdır”, deyə politoloq bildirib.

Müsahibin sözlərinə görə, Qarabağ problemi yalnız hərbi yolla həll ediləcək, başqa yol yoxdur.

Göründüyü kimi, müharibə qorxusu ermənilərə rahatlıq vermir və politoloq Levon Şirinyanın sözlərində bu özünü təsdiq edir. Təsdiq edir ki, ermənilər Dağlıq Qarabağı sülh yolu, razılaşma yolu ilə boşaltmasalar hərbi yolla boşaltmaq məcburiyyətində qalacaqlarına əmindirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə