Parlamentin buraxılması fonunda ilk növbədə Yeni Azərbaycan Partiyası hesab edir ki, bu gün ölkədə keçirilən islahatçılıq əhval-ruhiyyəsi, yenilənmə, o cümlədən parlamentin də fəaliyyətinə tətbiq edilməlidir. Bunu SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, indiki parlament 2015-ci ildə seçilib və bu dörd il ərzində ölkədə çox böyük dəyişikliklər baş verib: “Eyni zamanda cəmiyyətdə yeni ictimai simalar tanınıb və onlar ölkənin, vətəndaşların problemləri ilə bağlı vaxtaşırı yenilikçi fikirlərlə çıxış ediblər. Həmçinin parlamentin, Azərbaycanın aktual problemlərinin həll edilməsində, beynəlxalq aləmdə daha dərindən tanınmasında vəzifəsi artırılmalıdır.
A.Mirzəzadə vurğulayıb ki, bu baxımdan Yeni Azərbaycan Partiyası seçkilərin vaxtından əvvəl keçirilməsi təşəbbüsü ilə çıxış edib: “Bu təşəbbüsü də cəmiyyətdə dəstəklənib. Hal hazırda cəmiyyət yeni seçkilərə ciddi şəkildə köklənib. Hesab edirik ki, növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası yenidən qələbə qazanacaq və eyni zamanda biz parlamentdə müstəqil düşüncəli insanların, demokratik fikirli digər partiyaların da təmsil olunmasını arzu edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB