Bu gün Ermənistan parlamentində deputatların bir neçəsi ayağa qalxaraq Milli Məclisi tərk ediblər. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, məclisi tərk edənlər “Çiçəklənən Ermənistan” partiyasının deputatlarıdır.
Məlumatda qeyd olunur ki, parlamenti tərk edən deputatlar bunu siyasi baykot məqsədilə ediblər. Həmçinin diqqətə çatdırılır ki, sözügedən partiyanın deputatları bu hərəkətləri ilə hakim, “Mənim addımım” partiyasına etirazlarını bildiriblər.
Göründüyü kimi, Ermənistan parlamentində hərcmərclik nəinki davam edir, hətta bir az da artıb və bu ölkənin parlamentində xaos hökm sürür.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB