BDU icazəsiz aksiyaların keçirilməsi ilə bağlı məlumatları təkzib etdi
Xəbər verdiyimiz kimi, bu gün bir qrup gənc Bakı Dövlət Universitetində icazəsiz etiraz aksiyası keçirmək istəyirdi. Gənclər bunun "11 Mart - Böyük Xalq Günü" aksiyasının davamı olduğunu söyləyiblər. Məsələyə aydınlıq gətirmək üçün Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidməti ilə əlaqə saxladıq. BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova SİA-ya açıqlamasında bildirib ki, universitetdə dərslər dayanmayıb və hər şey öz axarı ilə gedir.
"Sadəcə olaraq universitetdə ajortaj yaratmaq məqsədilə belə xəbərlər yayılıb. Xəbərləri eşidən polis xidmətinin əməkdaşları və media nümayəndələri vəziyyəti izləmək üçün universitetin ətrafına toplaşıb. Amma ümumilikdə universitetdə hər şey öz qaydasındadır".
Hazırda hadisə yerində heç bir polis əməkdaşları yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB