Ermənistana məxsus Araqas kəndində quldurların hücumuna görə 3 nəfər günahlandırılıb. SİA Ermənistana məxsus armlur.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, İstintaq Komitəsinin Araqasotn Regional Təhqiqat İdarəsi tərəfindən aparılan istintaq hərəkətləri nəticəsində Araqas kəndində bir sıra soyğunçuluq halları aşkar edilib və 3 nəfər bu soyğuluqda ittiham edilib.
İstintaqın əldə etdiyi məlumata görə, cinayəti törədənlər, qabaqcadan razılaşaraq, 18 noyabr 2019-cu il tarixdə, saat 23:30 radələrində Araqasotn rayonu, Araqas kəndinin mənzillərindən birinə qanunsuz daxil olublar. Ev sahibinin həyatı və sağlamlığını təhdid edən zorakılıq tətbiq etməklə hədələyərək, təxminən 690.000 dram pul, 2 bank kartı, alkoqol, çoxlu miqdarda qızıl əşyalar oğurlayıblar. Sonra qaçmaq üçün qadının əllərini və ayaqlarını lentlə bağlayıblar.
Quldur Ermənilər Cinayət Məcəlləsinin 175 (2), 2-ci hissəsi, 3-cü maddəsi və 4-cü maddəsi və Ermənistan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsinin 2-ci hissəsi ilə ittiham olunurlar. Onlara qarşı ehtiyat tədbir kimi həbs seçilib.
İlkin istintaq davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB