Qribayedovun heykəlini bayamaqla erməni xislətini ifşa etdi

Qribayedovun heykəlini bayamaqla erməni xislətini ifşa etdi

Qriboyedovun heykəlini ermənilər qırmızı boya ilə rənglədilər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, "Tsegakron" radikal hərəkatının rəhbəri Şant Arutyunyanın oğlu Şaqen Arutyunyan rus diplomatı, şair Aleksandr Qriboedovun abidəsini qırmızı rənglə boyayıb.

“Qriboedovun abidəsi üzərində rəng çəkdim. Təəssüf ki, Ermənistanda dövlət səviyyəsində Armavirdəki aksiyaya reaksiya vermədilər. Onlara bildirin ki, biz Ermənistanda bu cür hərəkətləri cavabsız qoymayacağıq", deyə Şaqen Arutyunyan öz Facebook səhifəsində canlı yayımda bildirib. Əslində, Qribayedovun heykəlini bayamaqla Şaqen Arutyunyan erməni xislətini ifşa edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Armavir şəhər dumasının deputatı Aleksey Vinogradov Armavirdəki Erməni Apostol Kilsəsinin ərazisinə girib və Ermənistanın Milli Qəhrəmanı kimi təqdim olunan Qaregin Njdenin xatirə lövhəsini boyamışdı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə