Azərbaycan KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv ola bilər Rusiyalı politoloq

Azərbaycan KTMT-yə və Avrasiya İqtisadi İttifaqına üzv ola bilər Rusiyalı politoloq

Kulislər arxasında gedən proseslər nəticəsində Azərbaycan KTMT və Avrasiya İqtisadi İttifaqına üzv ola bilər. SİA xəbər verir ki, bu barədə "Novosti Armenii" saytının müxbiri ilə rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert Stanislav Tarasov deyib. Onun sözlərinə görə, Ermənistanın yeganə addımı buna qarşı çıxmaq olacaq, lakin istisna etmək olmaz ki, kulislər arxasında aparılan hər hansı danışıqlardan sonra - hansı ki, erməni-azərbaycanlı danışıqları prosesində belə hallar mövcud olub, ümumi masa arxasına oturaraq, bəzi sualları həll etmək mümkündür.

"Bunu istisna etmək olmaz və söhbət yalnız Qarabağ münaqişəsində deyil. Yaxın Şərqdəki vəziyyət gərginləşir, eləcə də İrandakı situasiya da narahatlıq yaradır ki, nəticədə bu ölkə parçalana bilər, hansı ki, İraqda həmin hal yaşandı. Bundan əlavə, türklər (Türkiyə nəzərdə tutulur - R.R.) kürdlərin yaşadığı cənub-şərq ərazilərində nəzarəti itirə bilərlər. Əbəs deyil ki, Rusiya Gümrüdəki bazanın möhkəmləndirilməsi yönündə addımlar atdı və bütün bunlar həmin proseslərlə əlaqəlidir", deyə Tarasov iddia edib.

Rusiyalı politoloq onu da istisna etməyib ki, Qarabağ münaqişəsi regionda ən əsas problem olmaya da bilər.

"Hərbi münaqişələr nəticəsində Azərbaycana nəhəng qaçqınlar axını başlaya bilər, eləcə də, ermənilərin nəzarəti altında (işğalı - R.R.) qalan Qarabağ ətrafında da eyni halın yaşanması mümkündür. Mövcud faktor qərarların qəbulu istiqamətində mühüm rol oynaya bilər", rus ekspert deyib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə