"Azərbaycan Rusiyadan münaqişənin həlli ilə bağlı daha ciddi addımlar gözləyir" ŞƏRH-ÖZƏL
“Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana səfərinin arxasında müsbət kontekst var. O kontekst də Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya səfər etməsi, orada bir sıra görüşlərin keçirilməsi və razılıqların əldə olunmasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, Lavrovun Azərbaycana səfər etməsi iki ölkə arasında strateji əməkdaşlığın davamıdır: “Rusiya böyük dövlətdir və Azərbaycanla münasibətlər yüksələn xətt üzrə davam edir. Rusiyada başa düşürlər ki Azərbaycanla ciddi oyunçu kimi münasibətəri inkişaf etmək daha faydalıdır, nəinki yoxsul bir Ermənistanla”.
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırda müsbət nəticənin olmadığından təəssüflənən politoloq söyləyib ki, Rusiya Ermənistanın yaxın mütəffiqi kimi işğalçı ölkəyə təzyiq etmir: “Lakin Rusiya ilə Ermənistan arasında münasibətlər gərginləşib. Burada bir sıra məqam və amillər var. Ermənistanın baş naziri Nikol Paşinyanın addımları Rusiyanı qıcıqlandırır”.
F.Sadıqov qeyd edib ki, Prezident İlham Əliyevin Rusiya XİN başçısı Sergey Lavrovu qəbul edərkən söylədiyi kimi, Azərbaycan Rusiyadan Dağlıq Qarabağ münaqişəsi istiqamətində daha ciddi addımlar atmağı gözləyir.
Qarşıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün gözlənildiyini deyən politoloq əlavə edib ki, Azərbaycan tərəfdən problemin həllinə yönələn addımların atılması şübhə altına salınmır: “Sadəcə olaraq torplaqlar işğaldan azad edilməlidir. Bu məsələdə iki mərhələli proses getməlidir. Ermənistan bunu başa düşməyənə qədər münaqişə həll olunmayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB