"Sülhsevər dünya və xüsusən Rusiya və Azərbaycan ictimaiyyəti Krasnodar vilayətinin Armavir şəhərində erməni kilsəsinin ərazisində 2012-ci ildə quraşdırılmış Hitler Almaniyasına xidmət edən, vətən xaini Qaregin Njdenin xatirə lövhəsinin sökülməsini böyük məmnunluq və rəğbət hissilə qarşıladı". Bunu SİA-ya millət vəkili Şəmsəddin Hacıyev deyib.
Deputatın sözlərinə görə, danılmaz həqiqətdir ki, bu hadisənin baş verməsində və ədalətin təntənəsində MDB dövlət başçılarının, o cümlədən Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iştirak etdiyi Aşqabad Sammitində faşizm ideologiyasının təbliğatçılarının qəhrəmanlaşdırılmasına qarşı Prezident İlham Əliyevin cəsarətli çıxışının və nümayiş etdirdiyi prinsipial mövqeyin çox mühüm əhəmiyyəti oldu: "Xatırladaq ki, həmin iclasdakı tarixi çıxışında ölkə başçımız qeyd etdi ki, “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib...”
Təbii ki, Prezidentimizin Aşqabad Sammitində konkret faktlara istinad edən qətiyyətli mövqeyi hər birimizdə yüksək qürur və fərəh hissi yaratmaqla, işğalçı Ermənistan rəhbərliyini, erməni ictimaiyyətini Böyük Vətən Müharibəsi üzərindəki qələbənin 75 illiyinin qeyd olunması ərəfəsində aktual olan bu mövzuda açıq-aydın ifşa etməsi sözün əsl mənasında böyük cəsarət nümunəsidir. Cənab Prezidentin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə bildirdi ki, “Mən onlara (yəni – Ermənistanın hazırki rəhbərliyinə) şans verdim. Öz çıxışımda dedim ki, onu əvvəlki hakimiyyət ucaldıb. İndiki hakimiyyət özünü demokratik adlandırırsa, söksün, yıxsın bu abidəni. Bu ləkəni yusun Ermənistan üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar".
Bəlkə də heç bir rəhbər, hətta təkzibolunmaz faktların, arqumentlərin olduğu halda belə, beynəlxalq səviyyədə faşizmin qəhrəmanlaşdırılmasının Ermənistanda dövlət siyasəti olduğunu sübut edərək ifşa etməyə cəsarət etməzdi, lakin cənab İlham Əliyev bunu etdi. Ölkə başçımızın barışmaz, qətiyyətli, sərt, obyektiv mövqeyi bir çox dövlət rəhbərləri üçün də örnək olmalıdır. Azərbaycan ictimaiyyəti ölkəmizin daxili və xarici siyasəti ilə bağlı bütün məsələlərdə olduğu kimi, bu məsələdə də möhtərəm Prezidentimizin şəxsi keyfiyyətlərini, cəsarətli, uzaqgörən, müdrik siyasətini daima dəstəkləyir. Beləliklə, Liderimizin qətiyyətli və təkzibolunmaz faktlara söykənən mövqeyi nəticəsində faşizmə qulluq edən, vətən xaini, faşist cəlladı Qaregin Njdenin Rusiyadakı xatirə barelyefi söküldü. Güman edirik ki, çox keçməz Ermənistanın hazırki rəhbərliyinin itirilmiş ağılı yerinə gələr və 2016-cı ildə Serj Sarkisyanın İrəvanda ucaltdığı Qaregin Njdenin 6 metrlik heykəli də yıxılar...".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB