Martın 14-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyin təkbətək görüşü olub.
SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasında iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB