Pənah Hüseyn: “ATƏT-in sədrinin siyasi partiyalarla görüşünə qatılmamağımın arxasında hansısa bir siyasi aksiya yoxdur”
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşündə iştirak etməməyinin səbəbini deyib. SİA-ya açıqlamasında P. Hüseyn görüşə texniki səbəbdən qatılmadığını vurğulayıb: "Mənə deyilmişdi ki, tədbir olacaq. Tədbirin yeri və vaxtı barəsində məlumatsız olmuşam. Rayonda olmuşam və telefonuma zəng çatmayıb. Burada hansısa bir siyasi aksiya yoxdur".
Qeyd edək ki, bu gün Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalisin Azərbaycandakı siyasi partiyaların rəhbərləri ilə görüşü keçirilib. AVP, VBP, BQP sədrləri və AXP nümayəndəsi Pənah Hüseyn görüşə qatılmayıblar.
Görüşdə YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, BAXCP sədri Qüdrət Həsənquliyev, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP sədri Əvəz Temirxan və Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB