Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini növbəti dəfə atəşə tutub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 13-də saat 13.20-dən 13.25-dək və martın 14-də saat 01.00-dan 01.05-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 00.50-dən 01.05-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli kəndində yerləşən mövqelərimizi, matın 13-də saat 23.05-dən 23.07-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB