“Hər kəsə deməliyik ki, xalq sizə inanmır” – ERMƏNİ DEPUTATI

“Hər kəsə deməliyik ki, xalq sizə inanmır” – ERMƏNİ DEPUTATI

“Xalq arasında belə bir deyim var – balıq başından iylənir”. SİA xəbər verir ki, aysor.am saytı Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” partiyasından olan fraksiyaçı deputatı, dövlət və insan haqları daimi komissiyasının üzvü Gevork Petrosyanın fikirlərini yayıb. Belə ki, erməni deputata görə, hökumət konstisusiya məhkəməsindən deyil, böyük məhkəmələrdən islahatlara başlamalıdır.

“Siz deyəndə ki, konstitusiya məhkəməsinə inamsızlıq var, bəs bunu yoxlamısınız” sualını ədliyyə naziri Gevork Badasyana verən Gevork Petrosyan əlavə edib ki, buna baxanda ictimaiyyət bütövlükdə digər sistemlərdə olduğu kimi, hüquq və ədalət sisteminə də inam bəsləmir: “Məgər yerli özünüidarəetmə orqanlarına inam varmı? Gedin və baxın nə qədər şikayətlər yığılıb-qalıb, cəmiyyət polisdən necə narazıdır. Belə olan halda hər kəsə deməliyik ki, xalq sizə inanmır, gəlin sizə ödənişlər edək, pul verək, gedin evinizə, televizora baxın və həyatdan kef alın. Nəyə görə konstitusiya məhkəməsinin hakimlərini qaça-qova salmısınız? Əgər bir insan normal işləyirsə, niyə istəmirsiniz ki, o öz fəaliyyətini davam etdirsin? Pis işləyirsə cəzalandırın”.

“Bu arada siz inam yaratmayan hakimlərə deyəndə ki, gedin və qayğısız yaşayın, bunu məntiqli qəbul etmək mümkündürmü? Bu nə məntiqdir axı? Məgər insan inamsızlıq yaradanda ona “cənnətə arayışmı verirlər?”, deyə erməni deputatı ittihamını davam etdirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə