Rəsul Quliyev: “Bu bəyanatınızla sizlər yenidən uduzmağa hazır olduğunuzu nümayiş etdirirsiniz”
Eks-spiker Rəsul Quliyevin “Milli Şura”nın rəhbərliyinə və ümumiyyətlə “strukturuna” sərt ittihamları davam edir. SİA xəbər verir ki, tərəfləri “əcaiblər yğınağı” adlandıran R.Quliyevə görə, bu günə qədər heç bir Azərbaycan vətəndaşı bu abstrakt təşkilatın kimləri təmsil etdiyini bilmir. O, bildirib ki, “Milli Şura" Azərbaycan xalqını təmsil edir” kimi çeynənmiş, yalançı şüarları işlətmək lazım deyil.
“Bəs ziyalılar deyəndə nə nəzərdə tutulur?”
“Milli Şura” yarananda bu təşkilatı 10-dan çox konkret adı, ofisi olan partiyalar təşkil edirdilər”, deyə bildirən eks-spiker adıçəkilən qurum rəhbərliyinin orada 2ziyalıların” toplaşması ilə bağlı iddialasına qarşı da sual edib ki, bəs indi kimləri və hansı partiyaları təmsil edir bu “Milli Şura”? SİTAT: “Ola bilər kimlərsə “şuranın” Xalq Cəbhəsi (ölkədə Xalq Cəbhəsi adı altında 3-4 partiya var) və ziyalıları təmsil edir iddiasında olsun. “Milli Şura”nın rəhbərinin hansı Xalq Cəbhəsi olduğunu bilirik. Bəs ziyalılar deyəndə nə nəzərdə tutulur?”
“Bu insanların hansı səviyyədə reallıqdan uzaq olduqlarını görməmək mümkün deyil”
Rəsul Quliyev “Milli Şura” rəhbərlinin, xüsusilə Əli Kərimlinin və Cəmil Həsənlinin parlamentin buraxılması ilə bağlı təşəbbüsə öz təbirlərincə don geyindirmələri məsələsinə də ilginc şərh verib. “Erkən seçkilərin keçirilməsi ilə əlaqədar bu heç kimi təmsil etməyən təşkilatın son bəyanatının müddəlarını oxuyanda bu insanların hansı səviyyədə reallıqdan uzaq olduqlarını görməmək mümkün deyil”, bildirən eks-spiker bütövlükdə “Milli Şura”nı aşağı səviyyəli təşkilat və çeynənmiş frazalardan ibarət cızma-qara yazan adamların yığnağı adlandırıb: “25 ildir hər addımbaşı biabırçılıqla məğlub olan bu təşkilatın yenidən 15-20 il bundan öncə qəbul etdikləri bəyanatları təkrarlaması ayıbdır. Bir balaca düşüncə sahibi tələm-tələsik tullanıb ortayan düşməz. Əvvəl proseslərin inkişaf istiqmətlərini hökumətin əhatəsindən öyrənməklə məşğul olar, onun əsasında analiz edər... Bunları düşünənlərin olmadığı bir təşkilat ancaq belə bəyanatlar verə bilər. Bu bəyanatınızla sizlər yenidən uduzmağa hazır olduğunuzu nümayiş etdirirsiniz. Və ya hökuməti sövdələşməyə çağırırsınız. İçərinizdə sövdələşmə naminə indiki hökumətin siyasətini alqışlayacaq adamlarınız az deyil”.
Göründüyü kimi, Rəsul Quliyev “Milli Şura”-AXCP cütlüyünü hakimiyyətə işləmək məsələsində də ittiham edib və onların hər zaman düşərgəyə xəyanət etdiklərini bildirib. Bu isə müxalifət təmsilçilərinin çoxdankı və köhnəlmiş ittihamlarıdır. Lakin fakt budur ki, artıq onun bu ittihamları arxasında bir həqiqət dayanır – onlar yenidən biabırçı şəkildə uduzacaqlarının fərqinə varıblar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB