Yaponiyada ölü sayı qorxunc rəqəmlərə çatır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, polis yalnız ölkənin şimal-şərqindəki Miyagi bölgəsində ölü sayının 10 mini ötə biləcəyini açıqlayıb.
Sunamidən ən çox ziyan çəkən liman şəhəri Sendai yaxınındakı kiçik Tagayo qəsəbəsində xalq dağılmış evlərin arasında gəzir, xəstəxana səlahiyyətlisi İkuro Matsumoto isə insanların su və yemək tapmaqda çətinlik çəkdiyini bildirib. İvate bölgəsindəki Kamişi qəsəbəsi də eyni aqibətlə üzləşib. Kiçik sahil qəsəbəsi Ofunatoda 30 adamın olduğu qocalar evi sular altında qalıb. Xilasetmə işlərinə ayrılan hərbçilərin sayı iki dəfə artırılaraq 100 minə çatdırılıb.
Zəlzələ və sunaminin vurduğu Yaponiyanın cənub-qərbindəki Şinmoedake vulkanı ətrafa kül və daş püskürüb. Küsü adasındakı 1420 metr yüksəklikdəki vulkanı 52 il sonra ilk dəfə yanvar ayında oyanmışdı. Təbii fəlakətdən sonra həyatda qala bilən 380 minə qədər aç insan təcili yardım mərkəzlərində toplanıb. Ölkədə ən az 1 milyon 400 min ev susuz, təxminən 2.5 milyon ev elektriksiz qalıb. 20820 ev dağılıb, ya da istifadəyə yararsız hala gəlib.
İki ildir ki Yaponiyanı idarə edən Naoto Kan hökuməti tənqidlərlə qarşılaşıb. "Asahi" qəzeti informasiya alınmasına maneə törədildiyini və xilasetmə işlərinin çox yavaş getdiyini yazıb. Hökumət isə xilasetmə işlərini gücləndirmək üçün büdcəyə əlavə və dəyişiklikləri müzakirə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB