Baş nazir Rəcəb Tayyib Ərdoğan martın 15-17-də Rusiya Federasiyasına səfər edəcək. SİA-nın xəbərinə görə, səfər Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ikinci toplantısı çərçivəsində həyata keçirilir.
Ərdoğan Moskva və Kazanı əhatə edəcək səfər zamanı Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putinlə görüşəcək.
Ərdoğan Medvedevlə birlikdə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısına rəhbərlik edəcək və Türk-Rus Biznes Forumunda çıxış edəcək.
Baş nazir həmçinin Tatarıstana da gedəcək, müxtəlif görüşlər keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB